Lionel Messinin Argentinadakı heykəli dağıdılıb

01.12.2025

Icma.az, Sitat.info portalına istinadən məlumat verir.

Lionel Messinin Argentinanın Mar del Plata şəhərində olan heykəli vandallar tərəfindən dağıdılıb.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, futbolçunun heykəlinə xuliqanlar tərəfindən hücum edilib və heykəl iki yerə parçalanıb.

Bildirilib ki, heykəl 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında Argentina millisinin qələbəsinə həsr olunmuşdu. Heykəldə futbolçu milli komandanın rənglərində, əlində dünya kubokunu tutaraq təsvir edilmişdi.

Hazırda baş verənlərin təfərrüatı araşdırılır. Həmçinin artıq ikinci dəfə hücuma məruz qalmış heykəlin bərpasının mümkün olub-olmadığını qiymətləndirmək lazımdır.

Xatırladaq ki, 2024-cü ildə də Messinin heykəlinin başı qoparılmışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью