Lionel Messinin Azərbaycana səfər tarixi bəlli oldu

17.11.2024

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Argentia millisinin və "İnter Mayami" klubunun ulduz futbolçusu Lionel Messinin Azərbaycana səfəri nəzərdə tutulub.

O, dekabr ayının 12-15-i aralığında, yaxud 2025-ci ilin yanvar ayının 22-25-i aralığında Azərbaycana səfər edə bilər.

Qeyd edək ki, daha öncə əfsanəvi futbolçu Ronaldinyo Quaço, "Barselona" klubunun prezidenti Xuan Laporta BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədilə ölkəmizə səfər ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью