Lionel Messinin Bakıya səfəri başa çatdı (FOTO)

11.12.2024

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Argentina millisinin ulduz futbolçusu Lionel Messi və onun ABŞ-nin "İnter Mayami" klubundan olan komanda yoldaşları Luis Suares, Serxio Buskets və Xordi Albanın Bakıya səfəri başa çatıb.

"Report" xəbər verir ki, qonaqlar bu gün Azərbaycanı tərk ediblər.

Əfsanəvi futbolçu və dostları səfər çərçivəsində Qarabağ atlarını izləyiblər, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər, Bakı Kristal Zalında fanatları ilə görüşüblər və son olaraq Heydər Əliyev Mərkəzində olublar.

Qeyd edək ki, Bakı Kristal Zalında baş tutan tədbirə bilet satışından əldə olunan vəsait xeyriyyə məqsədinə yönəldiləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью