Lionel Messinin transfer dəyəri 20 milyon avroya düşüb AZƏRTAC

14.12.2024

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı,14 dekabr, AZƏRTAC

Argentina millisinin və ABŞ-ın “İnter Mayami” komandasının futbolçusu Lionel Messinin transfer dəyəri açıqlanıb.

AZƏRTAC "transfermarkt" portalına istinadən xəbər verir ki, ulduz hücumçunun dəyəri 5 milyon azalıb. Onun transfer qiyməti 25 milyon avrodan 20 milyona düşüb.

Xatırladaq ki, Lionel Messi bir müddət öncə “İnter Mayami”dəki komanda yoldaşları Luis Suares, Serxio Buskets və Xordi Alba ilə birgə Azərbaycanda səfərdə olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью