Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Lionel Messi "İnter Mayami"ni tərk edə bilər. Sport24.az İspaniya mətbuatına istinadən xəbər verir ki, "Barselona" rəhbərliyi Messini geri qaytarmağa çalışır.
Plana əsasən argentinalı ulduz hazırda yenidən qurulan "Kamp-Nou"nun açılışında Kataloniya təmsilçisinin heyətində meydana çıxmalıdır.
"Barselona" yayda Messini icarəyə götürmək istəyir. Gələcəkdə isə o, klubda rəhbər vəzifələrdən birini tuta bilər.