Lionla görüşdən öncə Qarabağda itki

22.11.2024

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Qarabağ" klubunun müdafiəçisi və kapitanı Bədavi Hüseynov zədə səbəbindən "Lion"la görüşü buraxmalı olacaq.

Oxu.Az klubun Mətbuat Xidmətinə istinadən xəbər verir ki, minimum üç həftə meydanda olmayacaq müdafiəçini Bəhlul Mustafazadə və ya Kevin Medina əvəz edə bilər.

Qeyd edək ki, Bədavi Hüseynov İsveç - Azərbaycan görüşünün birinci hissəsindən sonra əvəzlənib. Əlavə edək ki, "Qarabağ" - "Lion" görüşü noyabrın 28-də keçiriləcək və oyuna 21:45-də start veriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью