Lionla oyun mənim üçün xüsusi əhəmiyyət daşıyır Benzia

27.11.2024

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Lion"la matç çox maraqlı olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Yassin Benzia UEFA Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda Bakıda "Lion"la (Fransa) oyundan əvvəl keçirilən mətbuat konfransında bildirib.

30 yaşlı yarımmüdafiəçi qarşılaşmanın onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:

"Lion"da çox böyük fərq var. Mən oynadığım zamanda da yaxşı performans göstərirdilər. İndi də yüksək səviyyəli kollektiv var".

Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil ediləcək "Qarabağ" - "Lion" görüşü saat 21:45-də start götürəcək. Benzia 2011-2015-ci illər aralığında "Lion"un formasını geyinib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью