Lionnun ulduzunun evinə basqın edildi

02.12.2024

Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Olimpik Lion” klubunun futbolçusu Georges Mikautadze bazar günü Lionun şərqindəki evində qarət edilib.

News24.az xəbər verir ki, iki maskalı şəxs Mikautadzeni silahla hədələyib, lakin heç bir fiziki zorakılıq tətbiq edilməyib.

Soyğunçular futbolçunun qızıl-zinət əşyalarını, o cümlədən qiymətli saatlarını və dəbdəbəli dəri məmulatlarını oğurlayıblar.

Oğurlanan əşyaların ümumi dəyərinin təxminən 250.000 avro olduğu təxmin edilir.

Günel Məlikzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью