Lionun baş məşqçisi: Qarabağ daha çox qol vura bilərdi

29.11.2024

Icma.az bildirir, Oxu.az portalına istinadən.

"Qarabağ" ilk yarıda özünü yaxşı tərəfdən göstərdi".

Oxu.Az xəbər verir ki, bunu "Lion"un baş məşqçisi Pyer Saj UEFA Avropa Liqasında "Qarabağ"a qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis qalib gəldikləri üçün sevincli olduqlarını bildirib:

"Birinci hissədə "Qarabağ" təhlükəli qol vəziyyətləri yaratdı. Rəqib ilk yarıda özünü yaxşı tərəfdən göstərdi. İkinci hissədə müdafiədə daha inamlı çıxış etdik. Hücumlara çıxarkən inamlı təsir bağışladıq. Ümumi götürsək, hesabın oyuna görə olduğunu deyə bilməyəcəyəm. "Qarabağ" daha çox qol vura bilərdi".

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda "Qarabağ" evdə "Lion"a 1:4 hesabı ilə məğlub olub.

Anar Həsənov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью