Lionun baş məşqçisi: Yağış, külək, ildırım yaxşı oyun sərgiləməyimizə mane ola bilməz

27.11.2024

Icma.az, Operativmedia portalına istinadən məlumat yayır.

"Operativ Media" xəbər verir ki, 45 yaşlı mütəxəssis səfər ərəfəsində Fransa klubunun sosial şəbəkəsinə qısa açıqlamasında Bakıdakı havanın küləkli və yağışlı olmasının onları narahat etmədiyini bildirib.

Saj səfər matçına 3 xal üçün yollandıqlarını deyib: “Bakıda havanın necə olması bizi maraqlandırmır. Biz ora futbol oynamağa gedirik. Yağış, külək, ildırım yaxşı oyun sərgiləməyimizə mane ola bilməz. Biz hər zaman qalibiyyət üçün meydana çıxmalıyıq. Futbolçuların motivasiyası yüksəkdir. Bu, nikbinlik üçün kifayətdir”.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Olimpik” oyunu saat 21:45-də başlayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью