Lionun futbolçusu: Qarabağ yaxşı hücum xəttinə malikdir

27.11.2024

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

"Qarabağ" çox yaxşı komandadır".

AZƏRTAC xəbər verir ki, bu sözləri Fransanın “Lion” komandasının futbolçusu Jordan Veretu UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri V tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.

O, Ağdam klubunun yaxşı hücum xəttinə sahib olduğunu bildirib: "Qarabağ"ın futbolçuları rəqib qapısı önündə hər an təhlükəli epizodlar yaratmağı bacarır. Vaxtilə "Lion"da oynamış Yassın Benzia indi bu komandanın heyətində çıxış edir. Çox təcrübəli və təhlükəli futbolçudur".

Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Lion” matçı saat 21:45-də başlayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью