Lionun Qarabağla görüş üçün Bakıya gətirəcəyi futbolçular bəlli olub

26.11.2024

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

UEFA Avropa Liqasında "Qarabağ"la qarşılaşacaq Fransanın "Lion" klubu Bakıya 23 futbolçu ilə gəlir.

Oxu.Az xəbər verir ki, , bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Onlardan 3-ü qapıçı, 7-si müdafiəçi, 6-sı yarımmüdafiəçi, 7-si hücumçudur:

Qapıçılar: Castin Benqu Joao, Remi Deşam, Lukas Perr

Müdafiəçilər: Abner Vinisius, Duje Çaleta-Tsar, Sael Kembedi, Klinton Mata, Mussa Niakate, Varmed Omari, Nikolas Talyafiko

Yarımmüdafiəçilər: Maksans Karke, Enzli Meytlend-Naylz, Nemanya Matiç, Tanner Tessmann, Korenten Tolisso, Jordan Veretu

Hücumçular: Said Benrahma, Rayan Çerki, Malik Fofana, Aleksander Lyakazett, Jorj Mikautadze, Enzo Molebe, Ernest Nuama.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək "Qarabağ" - "Lion" oyunu saat 21:45-də start götürəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью