“Lion”un yeni baş məşqçisi bilindi Qvardiola ilə də işləyib

10.11.2026

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fransanın “Lion” klubunun baş məşqçisi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, komandanın “sükanı” Karlos Visensə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 43 yaşlı mütəxəssislə anlaşmanın detalları açıqlanmayıb.

Visens daha əvvəl “Mançester Siti”də Qvardiolanın köməkçisi olub. O, son olaraq Portuqaliyada “Braqa”ya rəhbərlik edib.

“Lion” bir neçə gün əvvəl Paulo Fonseka ilə vidalaşıb.

Komanda Fransa Liqa 1-də 10 turdan sonra 17 xalla 5-ci sıradadır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью