Lipetsk şəhərinə zərbə endirildi: 2 sənaye obyekti yandı VİDEO

21.07.2026

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Rusiyanın Lipetsk vilayətində raket təhlükəsi elan edildikdən sonra iki sənaye obyektində yanğın baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya KİV-ləri və vilayət qubernatoru məlumat yayıb.
Yanğınların Lipetsk İES-2 və Novolipetsk Metallurgiya Kombinatının yerləşdiyi ərazidə baş verdiyi bildirilir.
Vilayət qubernatoru da şəhərdə iki sənaye obyektində yanğının baş verdiyini təsdiqləyib.
Qeyd edək ki, Novolipetsk Metallurgiya Kombinatı Rusiyanın ən iri polad istehsalçılarından biridir və ölkədə istehsal olunan poladın təxminən 20 faizini təmin edir. Lipetsk İES-2 isə şəhərin və ətrafdakı sənaye müəssisələrinin istilik təchizatında mühüm rol oynayır.

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью