Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Hal hazırda liposaksiya bütün dünyada ən populyar estetik əməliyyatlardan biridir.
Bu əməliyyat hətta o dərəcədə adiləşib ki, insanlar ona artıq ciddi cərrahi müdaxilə kimi deyil, adi bir kosmetik prosedur kimi baxır.
Lakin bu heç də belə deyil. Bütün digər cərrahi əməliyyatlarda olduğu kimi liposaksiyanın da əks-göstərişləri, yanaşı təsirləri, ağırlaşmala
Yaxın günlərdə Leyla adlı gözəl cavan xanımın liposaksiyadan 2 gün sonra ölümü bunu tam şəkildə təsdiq edib.
Yeri gəlmişkən, İnternetdə yayılan şəkillərdən hətta tibbi savadı olmayan insan anlayır ki, bu xanıma əslində liposaksiya əməliyyatına heç ehtiyacı da yox idi.
Vicdanlı peşəkar həkim belə pasiyenti fikirdən döndərməli, apparat kosmetologiyasına və ya fitnes zalına göndərməli idi. Lakin...
Liposaksiya yuxarıda qeyd etdiyimiz kimi ümumi narkoz altında keçirilən ciddi cərrahi əməliyyatdır.