Liqa 1 də mövsümün məşqçisi seçilən 58 yaşlı mütəxəssis vəfat edib

18.06.2026

Icma.az bildirir, sport24.az portalına istinadən.

Fransa təmsilçisi "Brest"in baş məşqçisi Erik Rua vəfat edib. Sport24.az xəbər verir ki, məşqçi 58 yaşında dünyasını dəyişib.

Erik Rua futbolçu karyerası ərzində "Nitsa", "Lion" və "Marsel"in şərəfini qoruyub və 1998/99 mövsümündə UEFA Kubokunun finalına qədər yüksəlib. O, həmçinin "Sanderlend", "Rayo Valyekano" və "Trua"da da oynayıb.

Rua məşqçilik karyerasına 2010-cu ildən 2011-ci ilə qədər çalışdırdığı "Nitsa"da başlayıb. Daha sonra "Lans" və "Uotford"da idman direktoru vəzifəsində çalışıb. 2023-cü ildə yenidən məşqçiliyə qayıdıb və "Brest"ə rəhbərlik edib.

Qeyd edək ki, Brest" onun rəhbərliyi altında 2023/24 mövsümündə Liqa 1-də bürünc medal qazanıb. Rua isə mövsümün məşqçisi seçilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью