Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
Fransa Liqa 1-də IV turun oyunları keçirilib.
Futbolpress.az xəbər verir ki, “Oser” öz evində “Nitsa”nı Kameron Arçerin yeganə qolu ilə 1:0 hesabı ilə məğlub edib.
Günün digər bütün matçlarında heç-heçə qeydə alınıb. “Strasburq” – “Monako” və “Loryan” – “Tuluza” qarşılaşmalarında tərəflər məhsuldar “sülh”ə razılaşıb. “Paris” – “Lion” və “Havr” – “Anje” görüşlərində isə qapılara qol vurulmayıb (0:0).
Qeydə alınan nəticələr:
Fransa Liqa 1
IV tur
Strasburq – Monako 1:1
Qollar: Sadibu Sane, 52 (avtoqol) – Paris Brunner, 71
Oser – Nitsa 1:0
Qol: Kameron Arçer, 74
Havr – Anje 0:0
Loryan – Tuluza 2:2
Qollar: İbrahima Balde, 37, Noa Mbamba, 39 – Kasper Tenqstedt, 48, Tomas Yorgensen, 68
Lion – Paris 0:0