Liqa 1: “Lion” zirvəyə yüksəldi

19.10.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Fransa Liqa 1-də VII turun növbəti oyunları yekunlaşıb.

Futbolpress.az xəbər verir ki, günün ən bolqollu matçında “Marsel” səfərdə “Anje”nin qonağı olub. Qonaqlar 7 qolun vurulduğu oyunda rəqibini 5:2 hesabı ilə darmadağın edərək parlaq qələbə qazanıblar. Paytaxtda keçirilən digər zəngin matçda isə “Paris” “Renn”i 4:3 hesabı ilə üstələyib. Qonaqların heyətində Esteban Lepolun het-trik etməsinə baxmayaraq, “Renn” xalsız qalıb.

“Monako” səfərdə “Loryan”a 0:1 hesabı ilə məğlub olaraq xal itkisinə məruz qalıb. “Lion” öz meydanında erkən qol buraxmasına baxmayaraq, “Nitsa” üzərində 2:1 hesablı iradəli qələbə qazanıb. “Oser” isə səfərdə “Le Havr”ı 3:1 hesabı ilə məğlub edib.

Qeydə alınan nəticələr:

Fransa Liqa 1

VII tur

Anje – Marsel 2:5

Qollar: Lilian Raolisoa, 14, Amine El Uazzani, 75 (pen.) – H. Abdelli, 37, N. Kamissoko, 43, Amine Guiri, 60, Amine Harit, 83, İqor Peşao, 85

Le Havr – Oser 1:3

Qollar: Rayan Fofana, 66 – Danni Namaso, 40, 61, Romen Fevr, 80

Loryan – Monako 1:0

Qol: Noa Kadiu, 61 (pen.)

Paris – Renn 4:3

Qollar: Maksim Lopes, 14, 45+4, Lassine Sinayoko, 76, 90+7 (pen.) – Esteban Lepol, 29, 74 (pen.), 88 (pen.)

Lion – Nitsa 2:1

Qollar: Pavel Şults, 32, Tenner Tessmann, 36 – Eli Vahi, 18

Bu gün keçirilən oyunlardan sonra turnir cədvəli aşağıdakı kimidir:

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью