Liqa 1: Monako PSJ qarşısında tab gətirmədi

19.12.2024

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Fransa Liqa 1-də 16-cı turun mərkəzi qarşılaşması başa çatıb.

Oxu.Az xəbər verir ki, turnir cədvəlində ilk iki pilləni tutan komandalar - PSJ və "Monako" üz-üzə gəliblər.

Knyazlığın ərazisindəki II Lui adına stadionda baş tutan matç qonaqların qələbəsilə yekunlaşıb. Meydan sahibləri 2, paytaxt təmsilçiləri isə 4 dəfə fərqləniblər - 2:4.

Bu nəticədən sonra PSJ 40 xalla liderliyini möhkəmləndirib. "Monako" isə üçüncü pilləyə düşərək Paris klubundan 10 xal geri qalır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью