Liqa 1: Olimpik Liondan darmadağın, Olimpik Marseldən çətin qələbə

02.12.2024

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fransa Liqa 1-də 13-cü tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son oyun günündə 5 matç baş tutub.

"Monpelye" - "Lill" mübarizəsində məhsuldar bərabərlik qeydə alınıb.

"Havr" evdə "Anje"yə uduzubsa, "Tuluza" - "Oser" görüşü birincilərin inamlı qələbəsi ilə bitib.

"Olimpik Lion" "doğma divarlar arası"nda "Nitsa"nı darmadağın edib, "Olimpik Marsel" "Monako"nu evə məğlub göndərib.

Hazırda 33 xala malik PSJ vahid liderdir. "Olimpik Marsel" ilə "Monako"nun 26 xalı var. "Lill" 23, "Olimpik Lion" 22, "Nitsa" və "Lans" hərəyə 20 xal toplayıblar.

Fransa Liqa 1
13-cü tur
29 noyabr

Reyms – Lans 0:2
Qollar: Tomasson, 23. Nzola, 61.

30 noyabr

Renn – Sent Etyen 5:0
Qollar
: Kalimuendo, 39-pen; 61; 67-pen. Blas, 45+6. Quiri, 53.

Brest – Strasburq 3:1
Qollar
: Lala, 12-pen. Laqe, 45+1. Del Kastilyo, 90+2 – Uattara, 85.

PSJ – Nant 1:1
Qollar
: Hakimi, 2 – Ablin, 38.

1 dekabr

Monpelye – Lill 2:2
Qollar: Silla, 45+2. Nordin, 90+3 – David, 44; 54.

Havr – Anje 0:1
Qol: Abdelli, 63.

Olimpik Lion – Nitsa 4:1
Qollar: Lyakazett, 4; 41; 69-pen. Veretu, 43 – Diop, 22.

Tuluza – Oser 2:0
Qollar: Kinq, 32. Syerro, 39.

Olimpik Marsel – Monako 2:1
Qollar: Enrike, 53. Qrinvud, 89-pen – Qolovin, 41.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью