Liqa 1: Olimpik Marsel Olimpik Lion u məğlub yola saldı

03.02.2025

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

Fransa Liqa 1-də 20-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, bu gün 5 matç baş tutub.

“Tuluza” – “Nitsa” və “Anje” – “Havr” duelləri bərabərliklə bitib. “Reyms” evdə “Nant”a uduzubsa, “Renn” “Strasburq”a qalib gəlib. "Olimpik Marsel" - "Olimpik Lion" görüşündə isə meydan sahibləri qələbəyə seviniblər.

Hazırda 50 xalı olan PSJ vahid liderdir. “Olimpik Marsel” 40, “Monako” 37, “Lill” 35, “Nitsa” 34, “Lans” 33,  “Olimpik Lion” 30 xal toplayıb.

Fransa Liqa 1
20-ci tur
31 yanvar

Monpelye – Lans 0:2
Qollar: Nzola, 1. Aqbonifo, 61.

1 fevral

Brest – PSJ 2:5
Qollar:
Del Kastilyo, 50. Ayorke, 71 – Dembele, 29; 57; 62. Q.Ramos, 89; 90+7.

Monako – Oser 4:2
Qollar:
Kehrer, 35. Bieret, 57; 63; 65 – Diomande, 38. J.Junior, 45+7-pen.

Lill – Sent-Etyen 4:1
Qollar:
C.David, 32-pen. Sahraui, 63; 78. Qudmundsson, 72 – Davitaşvili, 6-pen.

2 fevral

Tuluza – Nitsa 1:1
Qollar: Makkenzi, 85 – Laborde, 18-pen.

Anje – Havr 1:1
Qollar: Hanin, 90 – Ayyu, 73.

Reyms – Nant 1:2
Qollar: Kastelleto, 45+1 – Abline, 42. M.Məhəmməd, 70.

Renn – Strasburq 1:0
Qol: Blas, 89.

Olimpik Marsel – Olimpik Lion 3:2
Qollar: Qrinvud, 61. Rabyo, 64. L.Henrike, 85 – Tolisso, 53. Lakazette, 72-pen.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью