Liqa 1: “Oser” geridönüşlə qalib gəldi

20.09.2026

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Fransa Liqa 1-in beşinci turunda “Oser” öz meydanında “Brest”i 2:1 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, “Abbe-Deşam” stadionunda keçirilən qarşılaşmada hesabı 23-cü dəqiqədə qonaqlar açıblar. Pate Mbup fərqlənərək “Brest”i önə keçirib - 1:0.

Fasilədən dərhal sonra “Oser” tarazlığı bərpa edib. 46-cı dəqiqədə Kemeron Arçer hesabı 1:1 edib.

Qarşılaşmanın taleyi 83-cü dəqiqədə həll olunub. Rafael Le Gen topu öz qapısına göndərib və “Oser” 2:1 hesabı ilə önə keçib. Qalan dəqiqələrdə “Brest” məğlubiyyətdən qaça bilməyib.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью