Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Fransanın “Paris” futbol komandası Liqa 1-in 11-ci turunda böyükhesablı qələbə qazanıb. Paytaxt təmsilçisi doğma meydanda “Anje”ni 4:0 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, qarşılaşmanın ilk hissəsində tərəflər fərqlənə bilməyiblər. Lakin fasilədən sonra meydan sahibləri hücumlarını qola çevirməyi bacarıblar.
Hesab 47-ci dəqiqədə açılıb. Zabi Qeu rəqib qapısına yol taparaq “Paris”i önə keçirib. Səkkiz dəqiqə sonra Luka Koleoşo fərqi iki topa çatdırıb.
65-ci dəqiqədə Maksim Lopes üçüncü qolu vuraraq hesabı böyüdüb. Bundan yeddi dəqiqə sonra Dieqo Koppola da fərqlənib və qarşılaşmanın yekun nəticəsini müəyyənləşdirib - 4:0.
Beləliklə, “Paris” ikinci hissədə nümayiş etdirdiyi məhsuldar oyun sayəsində üç xal qazanıb. “Anje” isə səfər qarşılaşmasında rəqib qapısına yol tapa bilməyib.