Liqa 1: “Paris”dən minimal hesablı qələbə, “Nitsa” məğlubiyyətə uğradı

01.03.2026

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fransa Liqa 1-in 24-cü turu çərçivəsində keçirilən “Paris” - “Nitsa” matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, oyunun taleyini həll edən yeganə qol 27-ci dəqiqədə vurulub. “Paris”in yarımmüdafiəçisi Marşall Munetsi rəqib qapısına yol taparaq komandasına vacib üç xal qazandırıb.

Bu qələbədən sonra “Paris” xallarını 26-ya çatdıraraq turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb. “Nitsa” isə 24 xalla 15-ci sırada yer alıb.

Növbəti turda, martın 8-də “Nitsa” öz meydanında “Renn”i qəbul edəcək. “Paris” isə həmin gün səfərdə “Lion”un qonağı olacaq.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью