futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Fransa Liqa 1-də XI turun oyunları davam edir.
Futbolpress.az xəbər verir ki, “Nitsa” doğma meydanda PSJ-ni qəbul edib və qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
“Lion” səfərdə “Lill”i məğlub edib – 1:0. Qarşılaşmada yeganə qolu 40-cı dəqiqədə Mads Bidstrup vurub. Eyni hesabla “Brest” də səfərdə “Strasburq”u üstələyib – 1:0. Qonaqların qələbə qoluna 22-ci dəqiqədə Noa Ecuma imza atıb.
“Monako” doğma divarlar arasında “Oser”lə xalları yarı bölüb – 1:1. Qonaqlar 29-cu dəqiqədə Romen Feyvrin qolu ilə önə keçsələr də, 82-ci dəqiqədə Edan Diop bərabərliyi bərpa edib.
Qeydə alınan nəticələr:
Fransa Liqa 1
XI tur
21 noyabr
“Nitsa” – PSJ 2:3
Qollar: Məhəmməd Amura, 8, Əli Abdi, 90+5 – Seni Mayulu, 31 (pen.), Dezire Due, 32, Ferran Torres, 85
“Monako” – “Oser” 1:1
Qollar: Edan Diop, 82 – Romen Feyvr, 29
“Lill” – “Lion” 0:1
Qol: Mads Bidstrup, 40
“Lans” – “Tuluza” 1:1
Qollar: Mikael Kyuzans, 47 – Ceysen Rassel Rou, 39
“Strasburq” – “Brest” 0:1
Qol: Noa Ecuma, 22