Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
Fransa Liqa 1-də II turun oyunları keçirilib.
Futbolpress.az xəbər verir ki, çempionatda növbəti matçlar baş tutub.
Günün diqqətçəkən görüşlərindən birində “Monako” doğma meydanda “Marsel”i qəbul edib. Paris Brunnerin dubl etdiyi matçda meydan sahibləri 2:0 hesablı inamlı qələbə qazanıblar. “Paris” öz evində “Nitsa”nı 3:0 hesabı ilə darmadağın edib. Günün ən dramatik qarşılaşmasında isə “Renn” son dəqiqə penaltisi ilə “Le Man”ı 3:2 hesabı ilə üstələməyi bacarıb.
Qeydə alınan nəticələr:
Fransa Liqa 1
II tur
Paris – Nitsa 3:0
Qollar: Lassin Sinayoko, 21 (pen.), Samir Şerqi, 51, Vinsent Marketti, 89
Renn – Le Man 3:2
Qollar: Esteban Lepol, 5, 90+6 (pen.), Valentin Ronje, 26: Lui Mafuta, 30, 54 (pen.)
Monako – Marsel 2:0
Qollar: Paris Brunner, 13, 53