Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
Fransa Liqa 1-də III turun oyunları keçirilib.
Futbolpress.az xəbər verir ki, çempionatda növbəti matçlar baş tutub.
Günün diqqətçəkən görüşündə PSJ doğma meydanda “Monako”nu qəbul edib. Son çempion matçda hesabı açsa da, üstünlüyünü qoruya bilməyib və “Monako” 2:1 hesablı iradəli qələbə qazanıb.
Günün digər qarşılaşmasında isə “Lion” öz evində “Oser”ə 3:1 hesabı ilə qalib gəlib.
Qeydə alınan nəticələr:
Fransa Liqa 1
III tur
Lion – Oser 3:1
Qollar: Feliks Baxer, 28, Zakari Atekame, 31, Ernest Nuama, 53; Kameron Arçer, 42
PSJ – Monako 1:2
Qollar: Markinyos, 31; Nasinyo, 58, Stanis İdumbo Muzambo, 72