Liqa 1: Son dəqiqələrdə vurulan qol 3 xal gətirdi

01.11.2026

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fransa Liqa 1-də IX turun oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, turun ən maraqlı qarşılaşmalarından biri “Pyer Morua” stadionunda baş tutub. Ənənəvi Şimal derbisində “Lill” doğma azarkeşləri önündə “Lans”ı qəbul edib. Gərgin keçən matçın taleyini təcrübəli hücumçu həll edib. Olivye Jiru 86-cı dəqiqədə vurduğu qolla “Lill”ə 1:0 hesablı qələbə qazandırıb.

Digər qarşılaşmada isə “Trua” otağında “Le Man”ı qəbul edib və inamlı oyun sərgiləyərək 2:0 hesabı ilə qalib gəlib. Meydan sahiblərinin qollarını 33-cü dəqiqədə Məhəmməd Diop və 71-ci dəqiqədə İsmayıl Bura vurublar.

Qeydə alınan nəticələr:

Fransa Liqa 1

IX tur

Lill – Lans 1:0

Qol: Olivye Jiru, 86

Trua – Le Man 2:0

Qollar: Məhəmməd Diop, 33, İsmayıl Bura, 71

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью