futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
Fransa Liqa 1-də VII tura start verilib.
Futbolpress.az xəbər verir ki, turun açılış oyununda “Le Man” öz evində “Tuluza”nı qəbul edib.
Matçın ilk hissəsi qolsuz başa çatsa da, qonaqlar ikinci taymda üstünlüyü ələ alaraq 3 cavabsız qolla 3 xalı aktivlərinə yazdırıblar.
Qeydə alınan nəticə:
Fransa Liqa 1
VII tur
Le Man – Tuluza 0:3
Qollar: Ceysen Rassell Rou, 46, Aron Dönnum, 59, Kasper Tenqstedt, 87