Liqa Kubokunda “Çelsi”dən qələbə, “Fulhem”dən darmadağın

28.08.2026

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İngiltərə Liqa Kubokunun 2026/27 mövsümünün ikinci mərhələsində növbəti oyunlar keçirilib.

İdman.Biz xəbər verir ki, “Çelsi” doğma meydanda “Luton Taun”u 2:0 hesabı ilə məğlub edib.

London təmsilçisi hesabı ikinci hissənin əvvəlində açıb. 50-ci dəqiqədə 35 yaşlı hücumçu Denni Uelbek “Çelsi”nin heyətində debüt qolunu vuraraq komandasını önə keçirib. 79-cu dəqiqədə isə “Luton”un müdafiəçisi Hakim Odoffin topu öz qapısına göndərib.

Digər qarşılaşmada “Fulhem” evdə “Uimbldon”u 3:0 hesabı ilə darmadağın edib.

London klubunun qollarını Emil Smit-Rou (37), Rodriqo Muniz (42) və Qonsalo Qarsiya (90+3) vurublar.

Beləliklə, “Çelsi” və “Fulhem” Liqa Kubokunda mübarizəni üçüncü mərhələdə davam etdirəcəklər.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью