Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
Stolüstü tennis üzrə Liqa turniri başa çatıb.
Futbolpress.az xəbər verir ki, Azərbaycan Stolüstü Tennis Federasiyasının Veteranlar Şurasının dəstəyi ilə keçirilən “Həvəskar və veteran Liqası”nın V – yubiley turnirinə yekun vurulub.
Həlledici qarşılaşmalarda “VITTA-Supernova”nı 5:1 hesabı ilə məğlub edən “Xəzər-Şüa” komandası baş mükafata layiq görülüb. “Zəfər” komandası isə “Aquasport” üzərində 5:2 hesablı qələbə ilə bürünc medallara sahib çıxıb.
Fərqlənən iştirakçılar yarış təşkilatçıları tərəfindən mükafatlandırılıblar.