Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.
"Mançester Yunayted"in müdafiəçisi Lisandro Martines mövcud müqaviləsinin müddəti bitdikdən sonra İngiltərə klubunu tərk edə bilər. Sport24.az xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb.
28 yaşlı argentinalı futbolçunun müqaviləsi 2027-ci ilin iyununa qədər qüvvədədir. Ancaq nə oyunçu, nə də klub rəhbərliyi müqaviləni daha bir mövsüm uzatmaq seçimindən istifadə etmək niyyətində deyil.
Bir müddət əvvəl mətbuatda "Barselona" və madrid "Atletiko"sunun futbolçunun keçidində maraqlı olduğu barədə xəbərlər yayılıb. Martinesin qış "transfer pəncərəsi" zamanı klubunu dəyişməsi də istisna deyil. Hər şey "Mançester Yunayted"ə daxil olacaq təkliflərdən asılı olacaq.
"Transfermarkt" portalı Martinesin dəyərini 45 milyon avro qiymətləndirir.