Lisenziya üçün hansı sahibkarlar daha çox müraciət edir? | Icma.az
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzləri, KOB evləri və “Lisenziyalar və icazələr” portalı vasitəsilə indiyədək 17 minə yaxın verilib.
Modern.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzləri, KOB evləri və “Lisenziyalar və icazələr” portalı vasitəsilə sahibkarlara 2024-cü ilin 11 ayı ərzində 1848 lisenziya, indiyədək isə ümumilikdə 16 936 lisenziya verilib.
2024-cü ilin 11 ayı ərzində “Lisenziyalar və icazələr” portalının fəaliyyətinin təkmilləşdirilməsi, informasiya sistemlərinin portala inteqrasiyası istiqamətində işlər davam etdirilib və sahibkarlara portal vasitəsilə 1263 elektron lisenziya təqdim olunub.
“Lisenziyalar və icazələr” portalının fəaliyyətə başladığı 01.03.2018-ci il tarixindən indiyədək portal vasitəsilə 5800-ə yaxın elektron lisenziya verilib.
Ümumilikdə verilmiş lisenziyaların 27%-i (4561) əczaçılıq fəaliyyəti, 22%-i (3787) tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri fəaliyyəti, 13%-i (2173) özəl tibb fəaliyyəti, 6%-i (1081) tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi fəaliyyəti, 6%-i (959) rabitə xidmətləri (əsasən sürətli poçt) və 26%-ni isə (4375) digər fəaliyyət növləri təşkil edib.
Lisenziya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün verilən rəsmi sənəddir.
Lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı “Lisenziyalar və icazələr haqqında” qanunla müəyyən olunub.
Tam oxu
Xəbəri oxu