“Lisenziyalar və icazələr haqqında” qanununa dəyişikliklər edildi FƏRMAN KONKRET | Icma.az
Konkret.az saytına istinadən Icma.az xəbər verir. Prezident İlham Əliyev “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanu
KONKRET.az xəbər verir ki, Fərmanda deyilir: 1. Müəyyən edilsin ki: 1.1.
“Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.13-cü maddəsində hər iki halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 1.2.
həmin Qanunun 1.0.13-cü maddəsində ikinci halda “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur; 1.3.
həmin Qanunun 7.1.6-1-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətləri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; 1.4.
həmin Qanunun 1.0.13-cü maddəsində birinci halda “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzərdə tutulur; 1.5.
“Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.1.10-cu maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 1.6.
həmin Qanunun 35.1.10-cu maddəsində “orqan (qurum)” dedikdə Dövlət Mülki Aviasiya Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur.
Tam oxu
Xəbəri oxu