Lisey şagirdi balta ilə hücum etdi: iki nəfər... Bu dəfə başqa ölkədə

06.02.2026

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qazaxıstanın Kulsary şəhərində lisey şagirdi balta ilə uşaqlara hücum edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi Atırau Vilayət Polis İdarəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

“10-cu sinif şagirdi məktəblilərə hücum edib. O, həmyaşıdları ilə münaqişədən sonra balta götürüb, onlara hücum edib və ardınca məktəb ərazisini tərk edib. Hadisə nəticəsində iki tələbə yüngül xəsarət alıb. Hücum edən yeniyetmə müəyyən edilərək saxlanılıb”, – deyə açıqlamada bildirilir.

Məlumata örə, hadisənin bütün iştirakçıları və onların valideynləri polis bölməsinə aparılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları xuliqanlıq maddəsi ilə cinayət işi açıblar.

Uşaqlara hücum edən lisey şagirdi polis qeydiyyatına alınaraq müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.

Hadisə barədə məlumat Yetkinlik Yaşına Çatmayanların İşləri üzrə Komissiyaya göndərilib.

Əliyar Xəlil
Globalinfo.az  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью