Lisey şagirdləri “Mədəniyyətlər Günü”nü qeyd ediblər

16.05.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 16 may, AZƏRTAC

Bakı İstanbul Liseyində “Mədəniyyətlər Günü” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, liseyin birinci sinif şagirdləri tədbirdə Türkiyə dövlətini təmsil ediblər. Onlar Türkiyə rəqslərini və mahnılarını ifa ediblər.

Tədbirdə, həmçinin Azərbaycan-Türkiyə qardaşlığından söz açılıb və türk şairlərinin şeirləri səsləndirilib. Sonda isə türk mətbəxi təqdim olunub.

Bildirilib ki, bu kimi tədbirlərin keçirilməsi uşaqlarda digər ölkələrin mədəniyyətlərinə maraq formalaşdırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью