Lisey və gimnaziyalara şagird qəbulu Qayda dəyişdi

28.10.2025

Mia.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2026–2027-ci tədris ili üzrə lisey və gimnaziyalara şagird qəbulu yalnız 7-ci siniflər üzrə aparılacaq.

Mia.az nazirliyə istinadla xəbər verir ki, cari tədris ilində 6-cı sinifdə təhsil alan şagirdlər qəbul imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçə biləcəklər. 

Qəbul imtahanına dair çərçivə sənədi 2025-ci ilin sonunadək ictimaiyyətə təqdim olunacaq: "Lisey və gimnaziyalara müxtəlif təmayül istiqamətləri üzrə şagird qəbulunun çox erkən yaşlarda deyil, müəyyən baza bilikləri formalaşdıqdan sonra həyata keçirilməsi daha məqsədəuyğun hesab olunur".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью