GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiyanın məşhur azərbaycanlı stilisti Vladislav Lisovets ötən gün haqqında yayılan dördüncü mərhələdə xərçəng olması xəbərinə münasibət bildirib.
Globalinfo.az lent.az-a istinadən bildirir ki, stilist vəziyyətinin ağır olduğunu təkzib etsə də hazırda müalicə olunduğunu təsdiqləyib.
“Həqiqətən problem var, gizlətməyəcəyəm, amma mənə, yazılarıma və son səfərlərimə baxın – hər şey onların yazdıqları və bəzilərinin istədiyi kimi pis deyil”, – deyə ulduz stilsit vurğulayıb.
Vladislav bildirib ki, həyatı boyu çoxlu xəstəliklər və sınaqlar keçirib:
“Uşaq poliklinikasında ən böyük “kartım” var idi və uşaqlıqdan əziyyət çəkdiyim xəstəliklərin siyahısı çox uzundur. Mən ən gözəl həyatımı qürurla və bütün sürprizləri ilə qəbul edərək yaşayıram”.