Lissabona uçan təyyarə təcili eniş etdi KONKRET

27.09.2026

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Frankfurt-Mayndan Lissabona uçan Lufthansa təyyarəsi göyərtədəki enerji bankında baş verən yanğın səbəbindən Lionda təcili eniş edib.

KONKRET.az xəbər verir ki, hadisə 26 sentyabr axşamı baş verib. Enerji bankı sərnişin oturacaqlarından birinin yaxınlığında alovlanıb. Yanğın heyət tərəfindən söndürülüb və onlar cihazı tez bir zamanda xüsusi yanğınsöndürmə torbasına yerləşdiriblər.

Lakin pilotlar təhlükəsizlik səbəbi ilə təcili eniş etmək qərarına gəliblər. Təyyarədə 198 sərnişin və altı heyət üzvü olub.

Lufthansa bildirib ki, sərnişinlər gecə otellərdə yerləşdirilib və ertəsi gün alternativ marşrutlar təşkil edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью