Lissabondan Londona yollanmağa yaxındı

28.05.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Viktor Dyökereşin növbəti mövsümə harda başlayacağı böyük ölçüdə müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, “Arsenal” rəhbərliyi “Sportinq”in mərkəz hücumçusunu transfer etməyə hazırlaşır. İnsayder Nikolo Skiranın məlumatına görə, London klubu futbolçunun menecerləri ilə danışıqlar aparır.
“Arsenal”ın 26 yaşlı isveçli futbolçuya müddəti 2030-cu ilin iyun ayının sonuna qədər nəzərdə tutulan müqavilə təklif etdiyi bildirilib. “Sportinq” transferdən 65 milyon avro qazanmaq istəyir.
Viktor cari mövsüm bütün turnirlərdə meydana çıxdığı 52 matçda 54 qol vurub və 13 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью