Litri 10 qəpik...

04.08.2026

Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.

Bakıda mənzillərə  verilən içməli suyu qaynatmadan çoxları içmir. Deyilənlərə görə, çiy suyun tərkibində ağır metallar və mədə-bağırsaq xəstəlikləri törədə biləcək mikroblar mövcuddur.

Bu nə dərəcədə doğrudur, bax onu deyə bilmərik. Amma əlaqədar qurumlar bildirir ki, Bakıda əhaliyə verilən içməli su tam standartlara uyğundur və onun tərkibində insan səhhəti üçün heç bir təhlükəli elementlər yoxdur. Üstəlik də, həmin sudan hər gün nümunələr götürülür və laboratoriyada analiz olunur . Müsbət rəydən sonra su əhaliyə verilir. Göründüyü kimi, hər şey qanunauyğun şəkildə öz həllini tapır.

Amma görünən odur ki, imkanlı insanlar mənzillərində sutəmizləyici qurğular quraşdırır və su tam mikroblardan təmizləndikdən sonra istifadə olunur! Əlbəttə, su nə qədər təmiz olsa, onu içmək insanlara bir o qədər fayda verər. Elə adamlar da var ki, dədə-baba qaydasından istifadə edərək suyu xüsusi hazırlanmış daşdan süzərək içilər! Son vaxtlar bir çox yaşayış sahələrinin yaxınlığında su köşkləri quraşdırılıb.

Həmin  avadanlıqda su təmizlənir və normal vəziyyətə gətirilir. Bizim də həyətimizdə belə qurğu quraşdırılıb. Kim istəyirsə, litri 10 qəpikdən pul ödəyib həmin sudan götürə bilir. O suyu içənlər deyir ki, pis deyil, mənzillərə gələn sudan daha keyfiyyətlidir. Təki belə olsun! Çünki ən azından hər adam gün ərzində 3 litr çiy su içməlidir. Belə ki, çiy suyun tərkibində insan səhhəti üçün vacib olan minerallar  mövcuddur!!!

Emil FAİQOĞLU

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью