Litva 1,442 milyard avro kredit istədi

27.11.2026

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Litva Avropa üçün Təhlükəsizlik Fəaliyyəti (SAFE) militarizasiya proqramı çərçivəsində 1,442 milyard avro məbləğində əlavə hərbi kredit üçün Avropa Komissiyasına müraciət edib.

Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu vəsaitin Litva ordusunun müdafiə qabiliyyətinin gücləndirilməsinə yatırılması planlaşdırılır. Maliyyələşdirmənin bir hissəsi Ukraynanın müdafiə ehtiyaclarını ödəmək üçün də istifadə edilə bilər.

"Biz həmçinin tələb olunan vəsaiti elektromaqnit müharibə sistemləri, radarlar, tank əleyhinə minalar və digər müasir müdafiə texnologiyaları üçün ayırmağı planlaşdırırıq" - məlumatda qeyd olunub.

Xatırladaq ki, Litva indiyə qədər SAFE proqramı çərçivəsində ümumilikdə 6,375 milyard avro məbləğində kredit istəyib. Ölkə artıq 956 milyon avroluq ilk tranşı alıb və hərbi texnikanın alınması üçün əlavə 1,06 milyard avro almağı planlaşdırır.

Gülşən Şərif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью