Litva 22 Belarus vətəndaşını ölkədən çıxarıb

07.09.2026

Ayna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Onların Litvada müvəqqəti yaşayış icazələri ləğv edilib"

Litva Dövlət Təhlükəsizlik Departamenti (VSD) bazar ertəsi günü Litvada bir texnologiya şirkətində işləyən 22 Belarus vətəndaşının milli təhlükəsizliyə təhdid hesab edilərək ölkədən çıxarıldığını açıqlayıb.

AYNA.AZ xarici mediaya istinadən bildirir ki, məlumatda deyilir: "VSD Litvadakı 22 Belarus vətəndaşının - texnologiya şirkətində işləyən və Litvanın milli təhlükəsizliyinə təhdid hesab edilən şəxslərin - fəaliyyəti ilə bağlı Miqrasiya Departamentinə məlumat göndərib. Onların Litvada müvəqqəti yaşayış icazələri ləğv edilib".

"Milli təhlükəsizliyə təhdid yaradan şəxslər Litvadan çıxarılıb və geri qayıtmaq qadağan edilib. 22 şəxsin Şengen zonasına girişi beş il müddətinə qadağan edilib", - deyə qeyd olunub.

Qovulan belarusluların Avropa Kosmik Agentliyinin (EUSPA) layihəsində iştirak edən bir şirkətdə işlədiyi bildirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью