Litva 3 milyon avro dəyərində ovçu PUA ların hazırlanması üçün tender elan edib

23.06.2026

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Litvada 3 milyon avro dəyərində düşmən PUA-lara qarşı istifadə olunacaq pilotsuz uçuş aparatının hazırlanması üçün tender elan edilib.

APA xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

"Müdafiə Resursları Agentliyi 10 iyul tarixinə qədər layihədə iştirak etmək istəyənlərdən müraciət gözləyir və bunun üçün 3 milyon avro ayrılıb", - məlumatda deyilir.

Layihə iki mərhələdə həyata keçiriləcək. Birinci mərhələ üçün prototip hazırlayacaq üç iştirakçı seçiləcək. İkinci mərhələ isə bu avadanlığın alınmasını əhatə edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью