Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Litva Baltikyanı respublika ərazisində ABŞ-ın daimi hərbi bazasının yerləşdirilməsi ilə bağlı təkliflər paketini Vaşinqtona göndərib.
Axar.az xəbər verir ki, bunu Litvanın müdafiə naziri Robertas Kaunas deyib.
“Litvada ABŞ-ın hərbi bazasının yerləşdirilməsi ilə bağlı təkliflər ətraflı müzakirə olunub, razılaşdırılıb və amerikalı tərəfdaşlara təqdim edilib”, - o bildirib.
Kaunas onu da qeyd edib ki, yaxın vaxtlarda nəticə gözləməyə dəyməz:
“Bu, uzunmüddətli danışıqlar prosesidir. Biz hələ bu prosesin lap başlanğıcındayıq”.