Litva Avropanın nüvə təhlükəsizliyinə görə Parisin təkbaşına məsuliyyət daşımasına qarşı çıxıb

08.03.2025

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Avropa nüvə təhlükəsizliyinə görə məsuliyyət tam olaraq Fransanın üzərinə düşə bilməz.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Litvanın Baş naziri Gintautas Palutskas jurnalistlərə bildirib.

"NATO-nun nüvə doktrinasını "indi bunun fikrini Fransa çəkəcək" ifadəsi ilə əvəz etmək barədə iddialar son dərəcə məsuliyyətsiz və hətta təhlükəlidir", - o bildirib.

Litvanın Baş naziri qeyd edib ki, bu gün Avropanın arxalandığı NATO arsenalı, ABŞ arsenalı Fransanın imkanlarından on dəfə üstündür.

G.Palutskas hesab edir ki, Parisin təklifi xeyli maliyyə tələb edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью