Litva Azərbaycanla matçdan əvvəl Andorranı böyük hesabla məğlub edib

01.10.2026

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Litva millisi UEFA Millətlər Liqasında Azərbaycanla keçirəcəyi növbəti oyun öncəsi yoldaşlıq matçında qüvvəsini sınayıb.

İdman.Biz xəbər verir ki, litvalılar doğma meydanda Andorra ilə qarşılaşıb və 3:0 hesablı qələbə qazanıblar.

Litva Millətlər Liqasının D2 qrupunda Azərbaycan millisinin rəqibidir. Komandalar oktyabrın 4-də Bakıda üz-üzə gələcəklər.

Qeyd edək ki, tərəflər arasında Kaunasda keçirilən ilk görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью