Litva Baltikyanı infrastrukturun qorunmasında iştirak edəcək KONKRET

08.01.2025

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Litva Baltikyanı regionda mühüm enerji obyektlərinin qorunması üzrə NATO proqramının iştirakçısına çevriləcək.

KONKRET.az TASS-a istinadən xəbər verir ki,  bu barədə ölkənin müdafiə naziri Dovile Şakaliene jurnalistlərə bildirib: “Bizim imkanlarımızın bəziləri milli kontekstdə, bəziləri isə NATO səviyyəsində istifadə olunacaq”. Nazir Vilnüsün missiyaya nələri cəlb edəcəyi barədə ətraflı məlumat verməyib. Finlandiya KİV-i xəbər verir ki, Baltik dənizində yerləşən və missiyada iştirak etmək üçün xüsusi olaraq gələn NATO-ya üzv ölkələrin on gəmisinin bu həftə  infrastruktur kabellərinin keçdiyi ərazidə keşik çəkmə faktı var.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью