Litva Baş naziri Polşada müdafiə və sərhədlərin möhkəmləndirilməsindən danışacaq

07.10.2025

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Litva Baş naziri İnqa Ruqinienė bu gün Polşaya səfər edəcək.

APA xəbər verir ki, bu barədə LRT məlumat yayıb.

Məlumata görə, səfər zamanı o, Polşa Baş naziri Donald Tusk ilə regional müdafiə və Belarus və Rusiya ilə sərhədlərin möhkəmləndirilməsi məsələlərini müzakirə edəcək.

Ruqinienė bildirib ki, onlar polşalı həmkarı ilə Ukrayna ilə bağlı məsələlərə də toxunacaqlar.

“Eyni zamanda gündəmdə regionumuzun müdafiəsinin gücləndirilməsi var, bunu birlikdə edə bilərik... Bizdə kifayət qədər güclü strateji istiqamət — sərhəd zonası mövcuddur”, — Litva Baş naziri vurğulayıb.

Baş nazirlər görüşü son aylarda Rusiya PUA və təyyarələrinin NATO üzvü olan Polşa, Estoniya və Rumıniyanın hava məkanına daxil olması, yayda isə Litvaya iki Rusiya pilotsuz uçuş aparatının girməsindən sonra keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью