Litva Belarus arasında yükdaşıma böhranı yumşalır

24.11.2025

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Musavat.com xəbər verir ki, Belarus ərazisində həftələrlə dayanacaqlarda gözləmə vəziyyətində qalan litvalı yük maşınlarına nəhayət çıxış icazəsi verilib.

Infotrans Media Belarusun məlumatına görə, fura kolonları artıq iki əsas istiqamət üzrə hərəkət edir: “Kamenniy Loq – Medininkay” və “Benyakoni – Şalçininkay”.

Hazırda sərhəddə qarşılıqlı nəqliyyat axını nəzərəçarpacaq dərəcədə artıb. Litvadan Belarusa doğru giriş daha intensiv görünür. “Medininkay” keçid məntəqəsində nəqliyyatın “çox sıx” olduğu bildirilir, lakin bütün bu yüklənməyə baxmayaraq, məntəqədə hələlik yalnız bir pəncərə işləyir.

Xatırladaq ki, Litva oktyabr ayının sonunda “meteozond təhdidi” səbəbilə sərhədi müvəqqəti bağlamış, Minsk isə cavab olaraq litvalı sürücülərin ölkə daxilində hərəkətini məhdudlaşdırmışdı. Litva keçidi ötən cümə axşamı bərpa etsə də, furaların geriyə qaytarılması prosesinin ləngiməsi daşıyıcılar arasında ciddi narazılıq yaratmışdı.

Mövcud vəziyyətin yumşalması yükdaşıma şirkətlərinə müəyyən rahatlıq gətirsə də, sərhəd prosedurlarının tam normallaşmasının nə qədər çəkəcəyi hələlik məlum deyil.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью